satellite   Azerspace-1: 11135 H 30000

İsveç müdafiə büdcəsini kəskin şəkildə artırır

İsveç müdafiə büdcəsini kəskin şəkildə artırır

İsveç hökumətinin payız büdcəsində müdafiə xərcləri 26,6 milyard kron (2,42 milyard dollar) artacaq.

NTV xəbər verir ki, bu, 2030-cu ilə qədər hərbi xərclərin ÜDM-in 3,5 faizinə çatdırılması üzrə planın bir hissəsidir.

2022-ci ildən bəri müdafiə büdcəsi artıq 100 milyard kron (təxminən 9,1 milyard dollar) artıb ki, bunu Baş nazir Ulf Kristersson Soyuq Müharibə dövründən bəri ən böyük artım adlandırıb. Maliyyələşdirmə xüsusi olaraq müdafiə ehtiyacları üçün ayrılmış ayrıca borclar vasitəsilə təmin ediləcək. Parlamentdəki bütün partiyalar qərarı dəstəkləyib.

Yeni paketin bir hissəsi 2017-ci ildən bəri ilk dəfə olaraq çağırışçılara və zabit kursantlarına ödənişlərin artırılmasını nəzərdə tutur: əsgərlər üçün gündəlik 146 krondan 200 krona (13,3-dən 18,2 dollara), kursantlar üçün isə 175 krondan 240 krona (15,9-dan 1122 dollara). Təxminən 12 milyard kron (təxminən 1,1 milyard dollar) hava hücumundan müdafiə sistemləri və sursatlardan tutmuş yeni gəmilərə qədər silah və texnikanın alınmasına xərclənəcək.

Kristersson vurğulayıb ki, müdafiənin gücləndirilməsi həm ölkənin təhlükəsizliyini artırır, həm də minlərlə iş yeri yaradır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM