satellite   Azerspace-1: 11135 H 30000

“Google” Böyük Britaniyada süni intellektə 5 milyard funt sərmayə yatırır

“Google” Böyük Britaniyada süni intellektə 5 milyard funt sərmayə yatırır

Dünyanın dördüncü ən böyük şirkəti olan “Google”un sahibi “Alphabet” Böyük Britaniyada süni intellekt (AI) sahəsinə 5 milyard funt sterlinq investisiya yatıracağını elan edib.

NTV  BBC-yə istinadla xəbər verir ki, şirkət bu vəsaitin önümüzdəki iki il ərzində infrastruktur və elmi tədqiqatlar üçün istifadə olunacağını bildirib. Bu, ABŞ Prezidenti Donald Trampın dövlət səfəri ərəfəsində açıqlanan iri ABŞ sərmayələrindən ilki olacaq.

“Google”un prezidenti və baş investisiya direktoru Rut Porat Böyük Britaniyada qabaqcıl elmlərdə aparıcı işlər üçün dərin imkanların mövcud olduğunu deyib. Şirkət bu gün maliyyə naziri Reyçel Rivzin iştirakı ilə Hertfordşirdəki Ualtham Kross şəhərində inşa edilən 735 milyon funtluq məlumat mərkəzinin açılışını keçirəcək. Rut Porat bildirib ki, ABŞ ilə Böyük Britaniya arasında xüsusi texnologiya tərəfdaşlığı mövcuddur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM