satellite   Azerspace-1: 11135 H 30000

Nigeriyada "Lassa" qızdırmasından 162 nəfər ölüb

Nigeriyada "Lassa" qızdırmasından 162 nəfər ölüb

Nigeriyada heyvanlardan insanlara keçən xəstəlik olan "Lassa" qızdırmasından bu il ölənlərin sayı 162 nəfərə çatıb.

NTV xəbər verir ki, bu barədə Nigeriyanın Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.

Mərkəz paytaxt Abuca da daxil olmaqla, digər 21 ştatda "Lassa" qızdırmasına yoluxmaların artmaqda davam etdiyini açıqlayıb.

Qeyd olunur ki, 25-31 avqustda "Lassa" qızdırmasına 10 yoluxma aşkarlanıb və bununla da yanvarın 1-dən avqustun 31-dək yoluxma hallarının ümumi sayı 871-ə çatıb.

Açıqlamada bu müddət ərzində "Lassa" qızdırmasından ölənlərin sayının 162-yə yüksəldiyi də qeyd edilib.

Lassa virusu ötən il ölkədə 190 nəfərin həyatına son qoyub.

Nigeriya hökuməti 23 yanvar 2019-cu ildə "Lassa" qızdırması səbəbindən fövqəladə vəziyyət elan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM