satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstan Azərbaycana və daha 6 ölkəyə "tarixi borc"unu ödəyib Dünya

Gürcüstan Azərbaycana və daha 6 ölkəyə "tarixi borc"unu ödəyib Dünya

Gürcüstan 7 ölkəyə, o cümlədən Azərbaycana "tarixi borc"un ödənilməsini başa çatdırıb.

Bu barədə NTV Gürcüstanın Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, qonşu ölkə bu ay xarici borcun qalıqlarını tam ödəyib.

Azərbaycandan əlavə, Rusiya, Türkiyə, Qazaxıstan, Ermənistan, İran və Niderlanda olan borclar da ödənilib.

Bütün borclar Gürcüstanın müstəqillik qazandığı ilk illərdə yaranmış xarici öhdəliklərə aiddir.

Ödənişlər 1999-cu ilə qədər götürülmüş 160 milyon dollar məbləğində borcları, 1999-cu ildən 2004-cü ilin mayına qədər olan dövrdə yığılmış öhdəliklər üzrə faizləri, həmçinin əvvəlcədən təsdiqlənmiş qrafikə uyğun olaraq 2004-2006-cı illərdə ödənilməli olan borcları əhatə edib.

Ümumi ödəniş məbləği 225 milyon ABŞ dollarnı keçib.

2025-ci il 31 avqust tarixinə Gürcüstanın ümumi xarici dövlət borcu 9,1 milyard ABŞ dolları təşkil edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM