satellite   Azerspace-1: 11135 H 30000

Polşada daha bir pilotsuz uçuş aparatı tapılıb

Polşada daha bir pilotsuz uçuş aparatı tapılıb

Polşanın Lublin voyevodalığının Stanislavka kəndində daha bir pilotsuz uçuş aparatı aşkar olunub.

NTV “RMF 24” radiostansiyasına istinadla xəbər verir ki, dron penopolistirol materialından hazırlanıb. Radiostansiya qeyd edir ki, bu qurğu ötən həftə ölkədə aşkar edilən digər dronlara bənzəyir.

Məlumata əsasən, pilotsuz aparat meşəlik əraziyə düşüb və ağaclarda ilişib qalıb.

“Ərazini nəzarətə götürdük, aidiyyəti qurumları və Lublin rayon prokurorluğunu məlumatlandırdıq”, – deyə bölgə polisindən bildirilib.

Qeyd edək ki, sentyabrın 9-dan 10-na keçən gecə 20-dən çox pilotsuz uçuş aparatı Polşanın hava məkanını pozub. Onlardan bir neçəsi vurulub, bir qismi isə Lublin voyevodalığında müxtəlif maneələrə dəyərək sınıb. Faktla bağlı prokurorluq tərəfindən istintaq aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM