satellite   Azerspace-1: 11135 H 30000

Venesuela ABŞ ilə gərginlik fonunda Karib hövzəsində hərbi təlimlər keçirəcək

Venesuela ABŞ ilə gərginlik fonunda Karib hövzəsində hərbi təlimlər keçirəcək

Venesuela ABŞ-nin hərbi fəaliyyəti ilə bağlı gərginliyin artması fonunda çərşənbə günü Karib dənizindəki La-Orçila adasında üç günlük hərbi təlimlərə başladığını elan edib.

NTV-nin məlumatına görə, zərbələr və ABŞ Hərbi Dəniz Qüvvələrinin bölgəyə yerləşdirilməsi Vaşinqtonun narkotik kartelləri ilə əlaqələrdə ittiham etdiyi Venesuelaya mümkün müdaxilə qorxusunu artırıb.

Təlimlərə başlamaq əmrini Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez verib. O, qeyd edib ki, təlimlərə Venesuela Silahlı Qüvvələrinin bütün bölmələri: əməliyyat qrupu, birgə aerokosmik, xüsusi təyinatlılar, kəşfiyyat və elektron döyüş qüvvələri cəlb olunacaq.

Təlimlərdə Xüsusi Dəniz Qüvvələrinin 12 gəmisi, 22 təyyarəsi və 20 kiçik kateri iştirak edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM