satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstanda Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi yaradılıb

Qazaxıstanda Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi yaradılıb

Qazaxıstanda Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinə çevrilib.

NTV-nin Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, müvafiq sərəncamı Prezident Kasım-Jomart Tokayev imzalayıb.

Hökumətə dövlət orqanlarında və onların tabeliyində olan təşkilatlarda (Prezident Administrasiyası ilə razılaşdırmaqla) ştat cədvəlinin yenidən bölüşdürülməsini təmin etmək və fərmanın icrası ilə bağlı digər tədbirlər görmək tapşırılıb.

Keçirilən funksiya və səlahiyyətlərə uyğun olaraq Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi və Elm və Ali Təhsil Nazirliyi Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyinin hüquq və öhdəliklərinin hüquqi varisləri kimi müəyyən edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM