satellite   Azerspace-1: 11135 H 30000

Tramp: Neftin ucuzlaşması Rusiya-Ukrayna münaqişəsinin sona çatmasına səbəb ola bilər

Tramp: Neftin ucuzlaşması Rusiya-Ukrayna münaqişəsinin sona çatmasına səbəb ola bilər

ABŞ Prezidenti Donald Tramp neftin ucuzlaşmasının Rusiya-Ukrayna münaqişəsinin sona çatmasına səbəb ola biləcəyini iddia edir.

NTV xəbər verir ki, bu barədə o, Böyük Britaniyanın baş naziri Kir Starmerlə keçirdiyi mətbuat konfransında bildirib.

19:09

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin Rusiya-Ukrayna münaqişəsinin həlli məsələsində onu məyus etdiyini vurğulayıb.

NTV "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

"Birləşmiş Ştatlar yeddi müharibəni nizamlayaraq həll edib. Prezident Putinlə münasibətimə görə bunun (Rusiya-Ukrayna münaqişəsini nəzərdə tutur – red.) ən asan variant olduğunu düşünürdüm. Amma o, məni məyus etdi. Görək bu, nə ilə nəticələnəcək" – o deyib.

Tramp Rusiya və Ukrayna arasında müharibəni bitirmək üçün özünü məcbur hiss etdiyini vurğulayaraq, nizamlanma ilə bağlı yaxşı xəbərlər gözlədiyini qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM