satellite   Azerspace-1: 11135 H 30000

Stokholm ətrafında orta əsrlərə aid ən iri gümüş xəzinələrindən biri tapılıb

Stokholm ətrafında orta əsrlərə aid ən iri gümüş xəzinələrindən biri tapılıb

Stokholm ətrafında təsadüfən 6 kiloqramdan çox ağırlığında böyük gümüş xəzinəsi tapılıb.

NTV  xəbər verir ki, xəzinəni tapan şəxs bağ evinin yaxınlığında soxulcan axtararkən qiymətli əşyalarla qarşılaşıb.

Xəzinə XII əsrə aid hesab olunur və burada təxminən 20 min sikkə, həmçinin üzüklər, boyunbağılar və asqılar aşkar edilib. Tapıntılar çoxu nadir və yaxşı qorunmuş vəziyyətdədir.

Mütəxəssislərin sözlərinə görə, bu, İsveçdə tapılmış erkən orta əsrlərə aid ən iri gümüş xəzinələrindən biridir.

Mədəni irs haqqında qanuna əsasən, dövlət xəzinəni tapan şəxsdən onu almalı və bunun müqabilində ona böyük məbləğdə pul verə bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM