satellite   Azerspace-1: 11135 H 30000

Əfqanıstan ABŞ-nin "Baqram" bazasına qayıtmasını istəmir

Əfqanıstan ABŞ-nin "Baqram" bazasına qayıtmasını istəmir

Kabil ABŞ Prezidenti Donald Trampın Əfqanıstandakı "Baqram" hərbi aviabazasını onun nəzarətinə qaytarmaq niyyətini rədd edir.

NTV-nin "Al Jazeera"yə istinadən verdiyi məlumata görə, bu barədə Taliban XİN-in nümayəndəsi Zakir Cəlal sosial şəbəkələrdə yazıb.

O, həmçinin vurğulayıb ki, Kabil Vaşinqtonla dialoqa hazırdır, lakin Əfqanıstanda ABŞ-nin hərbi iştirakının bərpasına icazə verməyəcək.

"İki ölkə Birləşmiş Ştatların Əfqanıstanda hər hansı bir hərbi iştirakını saxlamadan bir-biri ilə qarşılıqlı əlaqədə olmalıdır", - o qeyd edib.

Z.Cəlal əlavə edib ki, Kabil "qarşılıqlı hörmət və ümumi maraqlar" əsasında Vaşinqtonla siyasi və iqtisadi əlaqələri inkişaf etdirməyə hazırdır.

ABŞ Prezidenti Donald Tramp sentyabrın 18-də bəyan edib ki, administrasiyası "Baqram" bazasının ABŞ nəzarətinə qaytarılmasında israr edir. ABŞ Prezidenti qeyd edib ki, bazanın mövqeyi Çinə yaxınlığı səbəbindən strateji əhəmiyyət daşıyır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM