satellite   Azerspace-1: 11135 H 30000

Estoniyada hava təhdidlərinə qarşı təlimlərə başlanılıb

Estoniyada hava təhdidlərinə qarşı təlimlərə başlanılıb

Estoniya Müdafiə Qüvvələri hava məkanının pozulması hallarına cavab vermək üçün plandankənar təlimlərə başlayıb.

NTV Estoniya mediasına istinadla xəbər verir ki, bu qərara Rusiya pilotsuz təyyarələrinin Polşanın hava məkanını pozması səbəb olub. Təlimlər zamanı hərbi qulluqçular radarlardan istifadə etməklə səmada vəziyyəti izləyəcəklər. Ölkənin şərqində təyyarə uçuşları müvəqqəti məhdudlaşdırılacaq, hava hücumundan müdafiə bölmələri yüksək hazırlıq vəziyyətinə gətiriləcək. Hərbi qulluqçular və hərbiləşdirilmiş könüllü dəstənin üzvləri üçün paralel təlimlər keçiriləcək.

Estoniya Müdafiə Qüvvələri Komandanlığı hazırda ölkə üçün heç bir təhlükə olmadığını bildirib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM