satellite   Azerspace-1: 11135 H 30000

ABŞ İranın Çabahar limanına yenidən sanksiya tətbiq edəcək

ABŞ İranın Çabahar limanına yenidən sanksiya tətbiq edəcək

ABŞ Dövlət Departamenti İranın Çabahar limanı üzərində ləğv etdiyi sanksiyanı bərpa edəcək.

NTV xəbər verir ki, məlumatı "Tasnim" agentliyi yayıb.

Bildirilib ki, Cozef Baydenin prezidentliyi dövründə, 2018-ci ildə ABŞ Dövlət Departamenti Çabahar limanını sanksiyadan azad etmişdi. Bu tədbir Əfqanıstanın bərpası və inkişafına yardım məqsədi ilə tətbiq edilmişdi.

Məlumata görə, bu imtiyaz 2025-ci il sentyabrın 29-da ləğv olunacaq.

Hindistan az xərc tələb elədiyi üçün regionun iqtisadi bazarlarına çıxış məqsədi ilə bu limandan istifadə edir. Ötən ilin may ayında isə Hindistanla Çabahar limanı ilə 10 illik investisiya müqaviləsi imzalayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM