satellite   Azerspace-1: 11135 H 30000

Yaşar Gülər PKK-ya yenidən xəbərdarlıq edib: təcili silahları təslim edin

Yaşar Gülər PKK-ya yenidən xəbərdarlıq edib: təcili silahları təslim edin

Türkiyənin milli müdafiə naziri Yaşar Güler PKK terror qruplaşmasına və ona bağlı olan qollara növbəti dəfə xəbərdarlıq edib.

NTV xəbər verir ki, nazir bu barədə Ankarada 19 Sentyabr Qazilər Günü münasibətilə keçirilən mərasimdə danışıb.

"PKK və ona bağlı bütün qruplar, edilən çağırış və qəbul edilən ləğv qərarı çərçivəsində dərhal terror fəaliyyətlərinə son verməli, başda Suriya olmaqla, müxtəlif coğrafiyalarda və fərqli adlar altında fəaliyyət göstərən bütün qolları bir an əvvəl və şərtsiz olaraq silahlarını təhvil verməlidirlər", – deyə nazir bildirib.

Y.Gülər heç bir terror təşkilatının bölgədə kök salmasına, fərqli adlar altında fəaliyyət göstərməsinə icazə verməyəcəklərini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM