satellite   Azerspace-1: 11135 H 30000

Rusiya qırıcıları Estoniyanın hava məkanını pozub

Rusiya qırıcıları Estoniyanın hava məkanını pozub

Estoniya Rusiyaya məxsus 3 "MiQ-31" qırıcısının ölkənin hava məkanını pozduğunu bildirib.

Bu barədə NTV Estoniya mediasına istinadən məlumat verib.

Məlumata görə, təyyarələr icazəsiz olaraq Vayndloo adası yaxınlığında Estoniyanın hava məkanına daxil olub və orada təxminən 12 dəqiqə qalıb.

Uçuş zamanı transponderlər söndürülüb, həmçinin Estoniyanın aviadispetçerləri ilə ikitərəfli radio əlaqəsi olmayıb.

Rusiya Federasiyasının müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notasının təqdim edilməsi nəzərdə tutulur.

"Bu il Rusiya artıq dörd dəfə Estoniyanın hava məkanını pozub ki, bu da qəbuledilməzdir. Lakin bu gün üç qırıcı ilə edilən müdaxilə son dərəcə həyasızcasına edilən hərəkətdir", - ölkənin xarici işlər naziri Marqus Tsaxkna bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM