satellite   Azerspace-1: 11135 H 30000

Suriya ilə Türkiyə arasında yükdaşıma prosedurlarının asanlaşdırılması müzakirə olunub

Suriya ilə Türkiyə arasında yükdaşıma prosedurlarının asanlaşdırılması müzakirə olunub

Suriya ilə Türkiyə arasında yükdaşımaların qarşılıqlı hərəkətini asanlaşdırmaq və avtomobil nəqliyyatı sahəsində əməkdaşlığın gücləndirilməsi mexanizmləri müzakirə edilib.

 

NTV  SANA informasiya agentliyinə istinadla xəbər verir ki, bu məsələlər Suriyanın nəqliyyat naziri Yaarəb Bədr ilə Türkiyə Daşıma Şirkətləri İttifaqının (UND) nümayəndə heyəti arasında Dəməşqdə keçirilən görüşün əsas mövzuları olub.

 

Suriyalı nazir tərəflər arasında nəqliyyatın fasiləsizliyini təmin edəcək bir mexanizmin işlənib hazırlanmasının vacibliyini vurğulayıb. O, sərhəd-keçid məntəqələrində prosedurların sadələşdirilməsinin yükdaşımaların sürətləndirilməsinə kömək edəcəyini bildirib.

 

Türkiyə nümayəndələri isə yüklərin Suriyadakı ünvanlara çatdırılmasındakı maneələrin aradan qaldırılmasının vacibliyini vurğulayıblar. Qeyd edilib ki, Türkiyədən gündəlik olaraq təxminən 400 yük maşınının Bab əl-Həva sərhəd-keçid məntəqəsində yükləri Suriyadakı yük maşınlarına təhvil verilir. Onlar yük maşınlarının birbaşa Suriya və Türkiyə ərazisinə daxil olmasına imkan verəcək mexanizmin qəbul edilməsinin zəruriliyinə diqqətə çatdırıblar. Hər iki tərəf birgə əməkdaşlığın ticarət mübadiləsini artıracağına və iki ölkə arasında logistika hərəkətini asanlaşdıracağına ümidvar olduqlarını ifadə ediblər.

 

Bildirilir ki, quru nəqliyyatı Suriya və Türkiyə arasındakı ticarət mübadiləsinin əsas dayağını təşkil edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM