Son 24 saat ərzində La-Manş boğazı vasitəsilə Britaniyanın sərhədini 1 000-dən çox qeyri-qanuni miqrant keçib.
NTV xəbər verir ki, bu barədə "Sky News" ölkənin daxili işlər nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin məlumatına görə, 1 072 nəfər 13 qayıqla ölkəyə daxil olub. 2025-ci ildə sərhədi qeyri-qanuni şəkildə keçənlərin sayı hazırda 32 103 nəfərdir.
