satellite   Azerspace-1: 11135 H 30000

Misir: Sinaydakı qüvvələrimiz sülh müqaviləsinə əsasən koordinasiya çərçivəsində yerləşdirilib

Misir: Sinaydakı qüvvələrimiz sülh müqaviləsinə əsasən koordinasiya çərçivəsində yerləşdirilib

Misir Silahlı Qüvvələrinin Sinay yarımadasında yerləşməsi sülh müqaviləsinin tərəfləri ilə əvvəlcədən koordinasiya edilib.

NTV  xəbər verir ki, bu, bəzi KİV-lərdə Misir Silahlı Qüvvələrinin Sinay yarımadasında mövcudluğu ilə bağlı yayılan məlumatlara dair Dövlət İnformasiya Xidmətinin bəyanatda yer alıb.

Bildirilir ki, Misir sülh müqaviləsinin davam etməsində maraqlıdır və tarixi boyu heç bir müqaviləni və ya razılaşmanı pozmayıb.

Qeyd olunur ki, Sinayda yerləşən qüvvələrin əsas məqsədi Misir sərhədlərini “terror aktları” və qaçaqmalçılıq da daxil olmaqla, bütün təhlükələrdən qorumaqdır. “Digər tərəfdən, Misir Qəzzada hərbi əməliyyatların genişləndirilməsini və fələstinlilərin öz torpaqlarından köçürülməsini qəti şəkildə rədd etdiyini bir daha təsdiqləyir. Misir, həmçinin Fələstin xalqının 1967-ci il iyunun 4-nə olan sərhədlər çərçivəsində, paytaxtı Şərqi Qüds olan müstəqil dövlət qurmaq hüququnu dəstəklədiyini vurğulayır”, - deyə bəyanatda qeyd olunur.

Bu yaxınlarda “Axios” portalı yazıb ki, İsrail Baş naziri ABŞ Prezidentindən Sinayda hazırkı hərbi kontingentinin sayını azaltmaq üçün Misirə təzyiq göstərməyi istəyib. Portalın məlumatında həmçinin bildirilir ki, Misir orada geniş hərbi infrastruktur qurur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM