satellite   Azerspace-1: 11135 H 30000

BMT: Sudanda 24 milyondan çox insan kəskin qida təhlükəsizliyi problemi ilə üzləşib

BMT: Sudanda 24 milyondan çox insan kəskin qida təhlükəsizliyi problemi ilə üzləşib

Sudanda 24 milyon 600 min insan kəskin qida təhlükəsizliyi böhranı ilə üzləşib, 19 milyon insan isə içməli su və kanalizasiya xidmətlərindən məhrumdur. Eyni zamanda, xolera epidemiyasının yayılması daha çox ölümə səbəb olacaq.

NTV “əl-Əhram” qəzetinə istinadla xəbər verir ki, bu sözləri BMT-nin insan haqları üzrə ali komissarı Volker Türk deyib.

“Etnik ayrı-seçkilik və zorakılığa çağırışlar uzunmüddətli sosial sabitliyi təhdid edir”, - deyə vurğulayıb.

V.Türk qeyd edib ki, Sudan “unudulmuş münaqişə” ilə üzləşib. Burada vətəndaşlara qarşı ciddi zorakılıqlar törədilir.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM