satellite   Azerspace-1: 11135 H 30000

İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub - FOTOLAR

İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub<font color=red> - FOTOLAR</font> İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub<font color=red> - FOTOLAR</font> İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub<font color=red> - FOTOLAR</font>

İtaliyanın şimal regionlarında hökm sürən əlverişsiz hava şəraiti fəsadlar törədib.

NTV  xəbər verir ki, Lombardiya və Liquriya regionlarında leysan yağışları nəticəsində daşqınlar olub. Milanın Niquarda bölgəsində Seveso çayı məcrasından çıxıb, Komo bölgəsində torpaq sürüşməsi baş verib.

Lombardiya və Liquriya regionlarında narıncı xəbərdarlıq edilib, bəzi bölgələrdə məktəblər bağlanıb. Alessandria bölgəsində bir qadın itkin düşüb, suyun səviyyəsinin qalxması səbəbindən düşərgədən təcrid olunmuş 15 nəfər xilas edilib.

Ölkənin şimalında bəzi bölgələrə 200 millimetrdən çox yağıntının düşdüyü bildirilib. Qeyri-sabit hava şəraitinin davam edəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM