satellite   Azerspace-1: 11135 H 30000

BMT tarixində ilk dəfə qadın Baş katib seçilə bilər

BMT tarixində ilk dəfə qadın Baş katib seçilə bilər

Birləşmiş Millətlər Təşkilatının növbəti Baş katibi təşkilatın tarixində ilk dəfə bir qadın ola bilər. BMT tarixində doqquz rəhbərin hamısı kişi olub, lakin son qətnamələr və dəyişiklik çağırışları gender bərabərliyi məsələsini ön plana çıxarıb.

NTV Bloomberg agentliyinə istinadla xəbər verir ki, sentyabrda təşkilatın üzvlərinin yeni Baş katib seçəcəyi gözlənilir və bu kontekstdə qadın namizədləri “ciddi şəkildə nəzərə almağa” çağıran qətnamə qəbul edilib. Mümkün namizədlər arasında Yeni Zelandiyanın sabiq Baş naziri Casinda Ardern, Barbadosun Baş naziri Mia Mottli, BMT-nin keçmiş insan haqları komissarı Mişel Baçelet və BMT Baş katibinin müavini Əminə Məhəmməd var.

BMT-nin Baş katibi namizədləri əvvəlcədən seçən və təklif olunan namizədlərə veto qoya bilən Təhlükəsizlik Şurasının tövsiyəsi ilə Baş Assambleya tərəfindən təyin edilir. Təşkilatın hazırkı doqquzuncu Baş katibi 2017-ci il yanvarın 1-dən bu vəzifəni icra edən Antonio Quterreşdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM