satellite   Azerspace-1: 11135 H 30000

İran ABŞ-ın hücumları nəticəsində nüvə obyektlərinə zərər dəydiyini təsdiqləyib

İran ABŞ-ın hücumları nəticəsində nüvə obyektlərinə zərər dəydiyini təsdiqləyib

Tehran ABŞ-ın iyul ayında həyata keçirdiyi hava zərbələri nəticəsində ölkənin nüvə infrastrukturuna qismən zərər dəydiyini rəsmən təsdiqləyib və həmin obyektlərin bərpası üçün zəruri imkanlara malik olduqlarını bildirib.

NTV  xəbər verir ki, İranın vitse-prezidenti, ölkənin Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami bu barədə Böyük Britaniya telekanalına müsahibəsində danışıb. O, həmçinin Tehranın illər ərzində topladığı təcrübə və texnoloji potensial sayəsində vəziyyəti düzəltmək iqtidarında olduğunu vurğulayıb.

“ABŞ hökuməti İran xalqına qarşı böyük haqsızlıq edib, İslam inqilabından sonra ciddi zərbələr endirib və yaxın günlərdə ölkəmizə hərbi hücum həyata keçirib. Düşmənçiliyin səviyyəsi yüksək olduğu halda, Vaşinqtonla danışıqlar aparmaq mənasızdır”, - deyə İran rəsmisi vurğulayıb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM