satellite   Azerspace-1: 11135 H 30000

Baş Qərargah: Ukrayna Rusiya ərazisindəki Afipski neft emalı zavoduna zərbə endirib

Baş Qərargah: Ukrayna Rusiya ərazisindəki Afipski neft emalı zavoduna zərbə endirib

Sentyabrın 26-na keçən gecə Ukrayna hərbi qüvvələri növbəti dəfə Krasnodar diyarındakı Afipski neft emalı zavoduna zərbə endirib. Zərbənin hədəfə dəydiyi və yanğın baş verdiyi təsdiqlənib.

NTV xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.

Baş Qərargahın açıqlamasında bildirilir ki, neft zavodu Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş sistemləri bölmələrinin digər müdafiə birləşmələri ilə qarşılıqlı əməliyyatı nəticəsində vurulub.

Əməliyyat düşmənin hücum potensialının azaldılması və yanacaq ilə sursatın Rusiya hərbi hissələrinə çatdırılmasının çətinləşdirilməsi tədbirləri çərçivəsində həyata keçirilib.

Afipski neft emalı zavodu əsasən benzin, dizel və aviasiya kerosini istehsal edir, onun illik emal gücü təxminən 6,25 milyon ton təşkil edir və zavod Rusiya ordusunun təminatında istifadə olunur.

İlkin məlumatlara görə, zərbənin hədəfə dəydiyi və yanğın baş verdiyi qeydə alınıb. Zərərin dərəcəsi və tam təfərrüatları dəqiqləşdirilir.

Baş Qərargah vurğulayıb ki, Müdafiə Qüvvələri bundan sonra da Rusiya işğalçılarının hücum potensialını zəiflətmək və Ukraynaya qarşı silahlı təcavüzü dayandırmağa məcbur etmək məqsədilə tədbirlər görməyə davam edəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM