satellite   Azerspace-1: 11135 H 30000

Levon Ter-Petrosyan Köçəryan və Sarqsyanla blok yaratmayacaq

Levon Ter-Petrosyan Köçəryan və Sarqsyanla blok yaratmayacaq

Levon Ter-Petrosyanın lideri olduğu "Erməni Milli Konqresi" keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarqsyanın siyasi qüvvələri ilə blok yaratmaq niyyətində deyil.

NTV Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə partiya sədrinin müavini Levon Zurabyan Baş nazir Nikol Paşinyanın impiçmenti mövzusunda keçirilən dinləmələr zamanı bildirib.

O, "Ermənistan" və "Şərəfim var" blokları ilə birləşməyə hazır olmadığını "Milli böhran və idarəetmənin iflası haqqında" bəyanatın qəbulu ilə bağlı keçirilən dinləmələrdə deyib.

Daha əvvəl Ermənistanın keçmiş hakim Respublika Partiyası (parlamentdə "Şərəfim var" fraksiyası ilə təmsil olunur) Paşinyana qarşı etimadsızlıq votumu prosesini başlatmaq planları barədə bildirərək Masis şəhərinin meri David Ambartsumyanı namizəd kimi təqdim etmişdi.

İmpiçment prosedurunu başlatmaq üçün 36 deputatın imzası, uğurlu səsvermə üçün isə 107 səsdən minimum 54 səs tələb olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM