satellite   Azerspace-1: 11135 H 30000

İraq-Türkiyə boru kəməri ilə neftin verilməsi bərpa olunub

İraq-Türkiyə boru kəməri ilə neftin verilməsi bərpa olunub

Sentyabrın 27-də səhər saatlarında İraq-Türkiyə boru kəməri ilə xam neft axmağa başlayıb.

 

NTV  xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar sosial şəbəkədə məlumat verib.

 

Energetika naziri qeyd edib ki, xam neftin verilməsi şənbə günü yerli vaxtla saat 07:07-də bərpa olunub.

 

Bayraktar xatırladıb ki, İraq-Türkiyə boru kəmərinin işi 2023-cü il fevralın 6-da baş verən dağıdıcı zəlzələlərdən sonra dayandırılıb.

 

Bununla belə, Türkiyənin BOTAŞ dövlət şirkəti artıq 2023-cü il oktyabrın 4-də əməliyyat işlərini başa çatdıraraq boru kəmərini istismara hazır vəziyyətə salıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM