satellite   Azerspace-1: 11135 H 30000

Altı ayda 18 terrorçu Türkiyə jandarma əməkdaşlarına təslim olub

Altı ayda 18 terrorçu Türkiyə jandarma əməkdaşlarına təslim olub

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya son 6 ayda 30 vilayətdə 18 terror təşkilatı üzvünün jandarma əməkdaşlarına təslim olduğunu açıqlayıb.

 

NTV  xəbər verir ki, nazirin şənbə günü sosial şəbəkədəki paylaşımında hesabat dövründə aparılan əməliyyatlar zamanı terrorçuların istifadə edə biləcəyi 144 sığınacaq və mağara girişlərinin məhv edildiyi bildirilir.

 

Jandarma xüsusi təyinatlılarının iştirak etdiyi əməliyyatlarda ATAK helikopterləri və hücum pilotsuz təyyarələri iştirak edib.

 

Əməliyyatlar nəticəsində, 174 əl qumbarası, 119 atıcı silah, 58 mina, 47 kiloqram partlayıcı maddə, 13 RPQ-7 qumbaraatan, 1 odsaçan və sair aşkar edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM