satellite   Azerspace-1: 11135 H 30000

Ersin Tatar: Azərbaycan şəhidlərinin xatirəsini ehtiramla yad edirəm, qazilərə cansağlığı və uzun ömür arzulayıram

Ersin Tatar: Azərbaycan şəhidlərinin xatirəsini ehtiramla yad edirəm, qazilərə cansağlığı və uzun ömür arzulayıram

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Azərbaycan şəhidlərinin xatirəsini ehtiramla yad edib, Qarabağ müharibəsinin qazilərinə cansağlığı və uzun ömür arzulayıb.

NTV  xəbər verir ki, Şimali Kiprin lideri sosial şəbəkədə 27 Sentyabr – Azərbaycanın Anım Günü ilə bağlı paylaşım edib.

“Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsinə şərəfli yol açan Anım Günündə şəhidlərin xatirəsini dərin ehtiramla yad edir, qazilərə cansağlığı və uzun ömür arzulayıram. Qarabağ əbədi olaraq Azərbaycandır!”, - deyə Prezident Tatarın paylaşımında vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM