satellite   Azerspace-1: 11135 H 30000

Bolqarıstan Prezidenti kəşfiyyat orqanına rəhbər təyin etmək hüququndan məhrum olunub

Bolqarıstan Prezidenti kəşfiyyat orqanına rəhbər təyin etmək hüququndan məhrum olunub

Bolqarıstan Milli Assambleyasının üzvləri ölkə Prezidentini kəşfiyyat orqanlarının rəhbərlərini təyin etmək hüququndan məhrum ediblər.

NTV xəbər verir ki, bu barədə Bolqarıstan Teleqraf Agentliyi (BTA) məlumat yayıb.

Qeyd edilir ki, Milli Təhlükəsizlik üzrə Dövlət Agentliyi və digər kəşfiyyat orqanları haqqında qanuna dəyişikliklər iki oxunuşda hakim çoxluq tərəfindən qəbul edilib.

Bolqarıstan Prezidenti Rumen Radevin sözlərinə görə, düzəlişlər kəşfiyyat orqanlarını siyasətçilərə tabe edir.

O hesab edir ki, təhlükəsizlik qüvvələri təkcə seçki manipulyasiyası üçün deyil, həm də maliyyə sui-istifadələrindən qorunmaq və arzuolunmaz siyasətçilərin və müxalifət haqqında kompromat axtarışı üçün istifadə olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM