"An-2" təyyarəsi Rusiyanın Krasnoyarsk diyarında qəzaya uğrayıb, hər iki pilotu həlak olub.
NTV xəbər verir ki, bu barədə Dövlətlərarası Aviasiya Komitəsinin məlumatında deyilir.
"Göyərtədə olan iki pilot həlak olub, təyyarə yararsız hala düşüb", - məlumatda qeyd olunub.
15:44
"An-2" təyyarəsi Rusiyanın Krasnoyarsk diyarının cənubunda sərt eniş edib.
NTV-nin Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə operativ xidmətlər məlumat yayıb.
Məlumata görə, insident zamanı ölən var.
