satellite   Azerspace-1: 11135 H 30000

"Qlobal Sumud Donanması"nın iştirakçıları Türkiyəyə gətirilib

"Qlobal Sumud Donanması"nın iştirakçıları Türkiyəyə gətirilib

İsrail tərəfindən beynəlxalq sularda saxlanılan "Qlobal Sumud Donanması"nın iştirakçıları Türkiyəyə gətirilib.

NTV əbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Belə ki, 36-sı Türkiyə vətəndaşı olan 137 "Sumud" iştirakçısı xüsusi aviareyslə İstanbul hava limanına enib.

Həmin şəxslər arasında təkcə Türkiyə deyil, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Mərakeş, İtaliya, Küveyt, Liviya, Malayziya, Mavritaniya, İsveçrə, Tunis və İordaniya vətəndaşları da var.

Xatırladaq ki, bir neçə gün əvvəl İsrail hərbçiləri Qəzza sektorunun sahillərinə fələstinlilər üçün humanitar yardımla gedən "Sumud" flotiliyasının doqquz gəmisini saxlamışdılar.

İsrail Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, İsrail Hərbi Dəniz Qüvvələri "Sumud" humanitar flotiliya ilə əlaqə saxlayaraq istiqaməti dəyişməyi xahiş edib, çünki onun gəmiləri döyüş zonasına yaxınlaşır və Qəzza sektoruna dəniz blokadasını pozur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM