satellite   Azerspace-1: 11135 H 30000

Çində "Matmo" tayfunu səbəbindən 144 min nəfər təxliyə ediləcək

Çində "Matmo" tayfunu səbəbindən 144 min nəfər təxliyə ediləcək

Çinin Haynan vilayətinin rəhbərliyi "Matmo" tayfunu səbəbindən təxminən 144 min insanın təxliyə edilməsi barədə sərəncam verib.

 

NTV-nin  "Xinhua" agentliyinə istinadən məlumatına görə, onlardan 114 mini artıq təhlükəsiz yerə köçürülüb.

 

Daha əvvəl yerli meteorologiya idarəsi tropik siklon Haynanın şimal-şərqindən 60 km məsafədə keçdiyini bildirmişdi. Proqnozlara görə, "Matmo" tezliklə qonşu Quandun əyalətinin Şüven şəhərinin sahilinə çatacaq, daha sonra Tonkin körfəzinə keçəcək və zəifləyəcək.

 

Daha əvvəl Quandun əyalətinin hakimiyyəti 150 mindən çox sakinin təhlükəsiz yerə köçürülməsi barədə sərəncam vermişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM