satellite   Azerspace-1: 11135 H 30000

Fransada yeni hökumətə daxil olan bəzi nazirlərinin adları bəlli olub

Fransada yeni hökumətə daxil olan bəzi nazirlərinin adları bəlli olub

Baş nazir Sebastian Lekornu tərəfindən təklif edilən Fransanın yeni hökumətinin bəzi nazirləri ölkə prezidenti Emmanuel Makron tərəfindən təsdiqlənib.

NTV  xəbər verir ki, yeni hökumətin nazirlərinin siyahısını Yelisey sarayının pilləkənlərindən prezidentin baş katibi Emmanuel Mulin elan edib.

Ən diqqətçəkən dəyişikliklərdən biri keçmiş iqtisadiyyat və maliyyə naziri Bryuno Le Merin müdafiə naziri təyin edilməsi olub.

Eyni zamanda, bir neçə əsas nazirliyin rəhbərləri dəyişməyib. Belə ki, daxili işlər naziri Bryuno Retayo, xarici işlər naziri Jan-Noel Barrot və ədliyyə naziri Jerald Darmanin öz postlarında qalacaqlar. Raşida Dati (mədəniyyət naziri), Ketrin Votren (səhiyyə naziri) və Anni Jenevar (kənd təsərrüfatı və ərzaq suverenliyi naziri) da öz vəzifələrini qoruyacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM