satellite   Azerspace-1: 11135 H 30000

“Türk avtomat kalaşnikovu” - MKE-739 - FOTOLAR

“Türk avtomat kalaşnikovu” - MKE-739<font color=red> - FOTOLAR</font> “Türk avtomat kalaşnikovu” - MKE-739<font color=red> - FOTOLAR</font> “Türk avtomat kalaşnikovu” - MKE-739<font color=red> - FOTOLAR</font>

Türkiyə müdafiə sənayesinin növbəti uğuru “MKE-739” atıcı silahıdır.

NTV xəbər verir ki, Türkiyənin müdafiə sənayesi şirkətlərindən olan Maşınqayırma və Kimya Sənayesi (MKE) sosial şəbəkə hesablarında yeni atıcı silahı “MKE-739”u təqdim edib.

“Asan istifadə və effektiv əməliyyat qabiliyyəti ilə hər şəraitdə xidmətə hazırdır” başlığı ilə paylaşılan məlumatda silahın daraq tutumu 30 patron və çapı isə 7,62 x 39 mm olaraq göstərilir.

İstifadəçi dostu dizaynına və çətin şəraitdə yüksək performansına diqqət çəkən mütəxəssislər silahın əməliyyat dayanıqlığına və istifadə rahatlığına önəm verildiyini bildirirlər.

Dəqiqədə 750 atış gücünə malik silah AK-47 modellərinin təkmil versiyasıdır. “MKE-739”-un 3 fərqli modeli mövcuddur və “AK-47” kalaşnikov döyüş sursatından istifadə edə bilən müasir modul silahı olduğuna görə “Türk avtomat kalaşnikovu” da adlandırılır .

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM