satellite   Azerspace-1: 11135 H 30000

Qızılın qiyməti tarixi rekordu yeniləyib

Qızılın qiyməti tarixi rekordu yeniləyib

Qızılın qiyməti bütün zamanların ən yüksək həddinə çatıb.

NTV xəbər verir ki, Comex əmtəə birjasında qızıl fyuçerslərinin qiyməti bir unsiya üçün 3900 dolları ötüb. Bu, müasir maliyyə bazarı tarixində qızılın ən yüksək qiymətidir. Rekord qiymət artımı ABŞ hökumətinin fəaliyyətini dayandırması və Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrinin daha da azaldılması ilə bağlı gözləntilər fonunda baş verir. Ekspertlərin fikrincə, daha təhlükəsiz aktiv hesab olunan qızıla dünya bazarında tələbatın artması mövcud qeyri-müəyyənlikdən qaynaqlana bilər.

Bildirilir ki, Qazaxıstan Milli Bankı bu ay ən çox qızıl alıcısı olub, Bolqarıstan Milli Bankı və El Salvador Mərkəzi Ehtiyat Bankı da bu siyahıya qoşulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM