satellite   Azerspace-1: 11135 H 30000

Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq

Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq

Almaniya hökuməti qısamüddətli perspektivdə müasir pilotsuz uçuş aparatlarına (PUA) qarşı müdafiəyə 100 milyon avro investisiya ayıracaq.

NTV-nin  məlumatına görə, bu barədə "Bild am Sonntag" qəzeti yazıb.

Nəşrin məlumatına əsasən, Bundestaqın (Almaniya parlamenti) büdcə komitəsi PUA-lara qarşı mübarizə planının maliyyələşdirilməsini təsdiqləyib. Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt bu məqsəd üçün konsepsiyanı Federal Polislə birgə hazırlayıb. Məqsəd pilotsuz uçuş aparatlarını aşkarlamaq, ələ keçirmək və məhv etməkdən ibarətdir.

PUA-lardan müdafiə üzrə yeni bölmə (130 əlavə polis əməkdaşı) dekabrda fəaliyyətə başlayacaq. Onların paytaxt ətrafında, iri hava limanlarında və təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyan digər obyektlərdə yerləşdirilməsi planlaşdırılır. Bu qüvvələri helikopterlərin köməyi ilə ölkə üzrə sürətlə yerləşdirmək mümkün olacaq.

Hakimiyyət digər avadanlıqlarla yanaşı, siqnalboğucu cihazlar və PUA-ları ələ keçirən dronların alınmasını nəzərdə tutur. Plan, həmçinin hüquqi səlahiyyətlərin genişləndirilməsini də əhatə edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM