satellite   Azerspace-1: 11135 H 30000

Çin vətəndaşlarına Yaponiyaya səyahətdən çəkinməyə çağırıb

Çin vətəndaşlarına Yaponiyaya səyahətdən çəkinməyə çağırıb

Çin vətəndaşlarına Yaponiyaya səyahətdən çəkinməyə çağırıb

Çinin Mədəniyyət və Turizm Nazirliyi ölkə vətəndaşlarını təhlükəsizlik təhdidləri səbəbindən yaxın gələcəkdə Yaponiyaya səyahət etməməyə çağırıb.

NTV xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat verilib.

Nazirlik qeyd edib ki, artıq Yaponiyada olan çinli turistlər yerli təhlükəsizlik vəziyyətini diqqətlə izləməlidirlər. Fövqəladə hallarda Çin vətəndaşlarına ölkənin Yaponiyadakı səfirliyi və ya konsulluğu ilə əlaqə saxlamaları tövsiyə olunub.

Nazirlik həmçinin Xarici İşlər Nazirliyinin noyabrın 14-də Yaponiyada Çin vətəndaşları üçün təhlükəsizlik vəziyyətinin pisləşməkdə davam etdiyi xəbərdarlığına istinad edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM