satellite   Azerspace-1: 11135 H 30000

Almaniya hərbi məhsulların İsrailə ixracına qoyulan məhdudiyyəti ləğv edir

Almaniya hərbi məhsulların İsrailə ixracına qoyulan məhdudiyyəti ləğv edir

Qəzza zolağında aparılan hərbi əməliyyatlarla əlaqədar yay aylarında İsrailə bəzi hərbi məhsulların ixracını dayandıran Almaniya hökuməti ötən ay əldə olunmuş atəşkəs razılaşmasından sonra bu qərarı gələn həftədən etibarən ləğv edəcək.

NTV xəbər verir ki, bu barədə hökumət sözçüsü “Reuters” agentliyinə açıqlamasında bildirib.

O, federal hökumətin oktyabrında 10-da qüvvəyə minmiş atəşkəs razılaşmasından sonra İsrailə bəzi hərbi məhsulların ixracına avqustun 8-dən tətbiq olunan məhdudiyyətlərin yenidən ləğv edildiyini diqqətə çatdırıb:”Yeni qərar noyabrın 24-dən etibarən qüvvədə olacaq”.

O, həmçinin əlavə edib ki, Almaniya hökuməti, ümumiyyətlə, silah ixracı ilə bağlı qərarı yenə də ayrı-ayrı halların qiymətləndirilməsi prinsipi əsasında verəcək və vəziyyətin gedişinə uyğun addımlar atacaq.

Xatırladaq ki, Almaniya Kansleri Fridrix Mers avqustun əvvəlində Qəzzada İsrail ordusunun qətiyyətli hərbi əməliyyatlarına görə, Qəzza zolağında birbaşa istifadə oluna biləcək silahların ixracına icazə verilməyəcəyini bildirib. Bu məhdudiyyət İsrailin ölkəni xarici hücumlardan müdafiə etmək ü

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM