Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Gürcüstan-Ermənistan Hüquq Forumu” çərçivəsində Tbilisidə səfərdə olan Ermənistanın ədliyyə naziri Srbui Qaliani ilə görüşüb.
NTV xəbər verir ki, bu barədə, Gürcüstanın Hökumət Administrasiyası məlumat yayıb.
Bildirilir ki, görüşdə Gürcüstan ilə Ermənistan arasında müxtəlif ikitərəfli və beynəlxalq formatlarda əməkdaşlıq müzakirə edilib, ədliyyə sahəsində səmərəli tərəfdaşlığa və bu istiqamətdə ölkələr arasında təcrübə mübadiləsinin vacibliyinə diqqət çəkilib.
Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasının, eləcə də regionun uzunmüddətli və sabit inkişafının vacibliyi vurğulanıb.
