satellite   Azerspace-1: 11135 H 30000

Adana şəhərində Azərbaycanın investisiya imkanları təqdim olunacaq

Adana şəhərində Azərbaycanın investisiya imkanları təqdim olunacaq

Türkiyənin cənubunda yerləşən Adana şəhərində noyabrın 20-də Azərbaycanın iqtisadi imkanlarına həsr olunmuş tədbir keçiriləcək.

NTV  xəbər verir ki, təqdimatın təşəbbüskarları Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) və Adana Sənaye Palatasıdır (ADASO).

Sakıp Sabancı adına ADASO Konfrans zalında keçiriləcək müzakirələrdə ölkəmizin Ankaradakı səfiri Rəşad Məmmədovun, Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyevin, Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) nəzdində fəaliyyət göstərən Türkiyə-Azərbaycan Biznes Şurasının rəhbəri Selçuk Akatın, eləcə də Türkiyənin cənub vilayətlərinin sahibkarlarının iştirakı gözlənilir

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM