satellite   Azerspace-1: 11135 H 30000

Cənubi Koreyada göyərtəsində 267 sərnişin olan bərə saya oturub

Cənubi Koreyada göyərtəsində 267 sərnişin olan bərə saya oturub

Cənubi Koreyanın qərb sahil sularında üzən və göyərtəsində 267 sərnişin olan bərə saya oturub.

NTV Yonhap agentliyinə istinadla xəbər verir ki, Cecu adasından Mokpo şəhərinə gedən “Queen Jenuvia” bərəsi yerli vaxtla saat 20:17-də (Bakı vaxtı ilə 15:17-də) Canqsan adasında saya oturub. Hadisə zamanı bərədə 246 sərnişin və 21 heyət üzvü olub.

Cənubi Koreya sahil mühafizə xidməti sərnişinləri və heyət üzvlərini təxliyə edib. Hadisə nəticəsində 5 sərnişin yüngül xəsarət alıb. Bərənin burnunda deşik açılsa da, su dolmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM