satellite   Azerspace-1: 11135 H 30000

Ternopolda raketlə vurulan binada 14 nəfər itkin düşmüş hesab edilir

Ternopolda raketlə vurulan binada 14 nəfər itkin düşmüş hesab edilir

Rusiyanın Ukraynanın Ternopol şəhərinə hava hücumu nəticəsində dağılan çoxmərtəbəli binada xilasetmə işləri davam edir. Hələlik 14 nəfər itkin düşmüş hesab edilir.

NTV  xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti axtarış-xilasetmə əməliyyatlarının gecə-gündüz davam etdiyini qeyd edib. Xilasedicilər dağıntılar altında olan insanları axtarır.

"Yenilənmiş məlumatlara görə, əlaqəyə cavab verməyənlərin sayı 14-ə enib. Əvvəllər taleyi məlum olmayan 6 sakin harada olduqları barədə məlumat verib və hazırda təhlükəsizdirlər", xilasedicilər aydınlıq gətiriblər.

Dağıntılar altında insanların olmadığına əminlik yaranana qədər xilasetmə əməliyyatları davam edəcək.

İndiyədək 3-ü uşaq olmaqla 26 nəfərin öldüyü təsdiqlənib, yüzə yaxın sakin xəsarət alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM