satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Azərbaycan qadın güləşçisi Günay Qurbanova ABŞ-nin Las-Veqas şəhərində keçirilən U-23 dünya çempionatında finala yüksəlib.

NTV xəbər verir ki, 59 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda argentinalı Kamila Amarillaya “tuş”la qalib gəlib. O, sabah həlledici görüşdə ukraynalı Alina Filipoviçlə qarşılaşacaq.

77 kiloqram çəki dərəcəsində çıxış edən Ruslan Nurullayev isə ukraynalı İrfan Mirzoyevə 3:1 hesabı ilə qalib gələrək dünya çempionatının bürünc medalını qazanıb. Bununla da Azərbaycanın U-23 dünya çempionatında əldə etdiyi medalların sayı ikiyə çatıb. Daha əvvəl Elmir Əliyev (60 kiloqram) dünya ikincisi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM