satellite   Azerspace-1: 11135 H 30000

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

ABŞ və Kanada astronavtları Anil Menon və Coşua Kutrik Beynəlxalq Kosmik Stansiyada günəş panelləri quraşdırmaq üçün bir ay ərzində iki dəfə kosmosa çıxacaqlar.

NTV xəbər verir ki, bu barədə NASA məlumat yayıb. Bildirilib ki, ilk kosmosa çıxış oktyabrın 29-da, ikincisi isə noyabrın 5-də baş tutacaq. Astronavtlar orbital stansiyanın köməkçi enerji sisteminin təkmilləşdirilməsini başa çatdırmaqla, Beynəlxalq Kosmik Stansiyada yeddinci və səkkizinci IROSA günəş panellərini quraşdıracaqlar. Bütün səkkiz IROSA panelindən istifadə Beynəlxalq Kosmik Stansiyanın mövcud enerji istehsal gücünü 30% artıraraq 160 kilovattdan 215 kilovata çatdıracaq.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM