satellite   Azerspace-1: 11135 H 30000

Dubay aviaşousunda Hindistan qırıcısı qəzaya uğrayıb: pilot ölüb

Dubay aviaşousunda Hindistan qırıcısı qəzaya uğrayıb: pilot ölüb

Hindistan hərbi hava qüvvələrinə məxsus “Tejas” yüngül döyüş təyyarəsi Dubayda davam edən beynəlxalq aviaşouda nümunəvi uçuş zamanı qəzaya uğrayıb.

NTV Hindistan mediasına istinadla xəbər verir ki, qəza nəticəsində pilot ölüb. Hindistan hərbi hava qüvvələri qəzanın səbəblərini araşdırır.

Qeyd edək ki, aviaşouda Hindistanın “Suryakiran” akrobatik komandası və “Hindustan Aeronautics Limited” şirkətinin istehsalı olan “Tejas” qırıcıları iştirak edir. Hindistan hökuməti 1983-də ildə “Tejas” təyyarələrinin istehsalına başlamağa qərar verib. İlk olaraq təyyarələrin 1994-cü ildə istismara verilməsi planlaşdırılsa da, bu, yalnız 2015-ci ildə mümkün olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM