satellite   Azerspace-1: 11135 H 30000

KİV: Tramp Maduronu ələ keçirməklə, neft yataqlarına nəzarət etmək istəyib

KİV: Tramp Maduronu ələ keçirməklə, neft yataqlarına nəzarət etmək istəyib

ABŞ prezidenti Donald Trampın administrasiyası Venesuela prezidenti Nikolas Maduronu ələ keçirməyi və ölkənin neft yataqlarına nəzarəti bərqərar etməyi düşünüb.

NTV məlumatına görə, bu barədə "Washington Post" qəzeti mənbələrə istinadən yazır.

"Yayın ortalarına qədər administrasiya narkotik gəmilərinə zərbələr endirmək və Venesuelaya yönəlmiş ikinci variantları, o cümlədən neft yataqlarını və Maduronu ələ keçirmək barədə düşünürdü", - nəşr yazır.

Bundan başqa Mərkəzi Kəşfiyyat İdarəsi narkotiklərlə mübarizə bölməsinin fəaliyyətini sürətlə genişləndirir. Nəhayət, ABŞ prezidenti transmilli cinayətkar təşkilatlara qarşı mübarizəyə yönəlmiş geniş sənəd imzalayaraq Mərkəzi Kəşfiyyat İdarəsinə narkotik şəbəkələrinə qarşı gizli əməliyyatlar aparmaq səlahiyyəti verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM