satellite   Azerspace-1: 11135 H 30000

İndoneziyada Semeru vulkanı püskürüb, 500-dən çox insan evlərini tərk edib

İndoneziyada Semeru vulkanı püskürüb, 500-dən çox insan evlərini tərk edib

İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanı püskürüb, kül sütunu təxminən 2 min metr hündürlüyə qalxıb.

NTV İndoneziyanın Antara informasiya agentliyinə istinadla xəbər verir ki, püskürmə 16 dəqiqə 40 saniyə davam edib. Vulkan nəticəsində üç nəfər yaralanıb, 500-dən çox insan evlərini tərk edib.

İndoneziya Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi təxliyə edilənlərin ehtiyaclarını ödəmək üçün çoxlu yardım paketlərinin çatdırıldığını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM