İndoneziyanın Şimali Sumatra əyalətində baş verən torpaq sürüşmələri və daşqınlar nəticəsində 4 nəfər həlak olub, 34 nəfər xəsarət alıb.
NTV İndoneziyanın Antara informasiya agentliyinə istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində bir ev tamamilə dağılıb və evin sakinləri həlak olublar.
Məlumatda qeyd edilib ki, bütün daşqın qurbanları təxliyə edilib. Səlahiyyətlilər ərzaq yardımı mərkəzi yaradıblar.
