Türkiyənin hüquq-mühafizə orqanları İstanbulda İŞİD terrorçularına hücumlar təşkil etmək məqsədi ilə partlayıcı maddələr verməkdə şübhəli bilinən 14 nəfəri saxlayıb.
NTV bu barədə İstanbul Polisinin Terrorla Mübarizə İdarəsinə istinadən xəbər verir.
Əməliyyatlar şəhərin müxtəlif yerlərində eyni vaxtda keçirilib.
Polisin məlumatına görə, şübhəlilərin mənzillərində axtarışlar zamanı qeydiyyatı olmayan silah aşkarlanıb.
Saxlanılanların dindirilməsi davam edir.
