Honq Konqda yaşayış kompleksində baş vermiş yanğında ölənlərin sayı 12-yə çatıb.
NTV xəbər verir ki, bu barədə "The South China Morning Post" nəşri mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, 16 nəfər xəsarət alıb.
Hakimiyyət orqanlarının məlumatına görə, kompleks sakinlərinin əksəriyyəti yanan binalardan çıxarılıb.
16:02
Honq Konqun Tay Po rayonunda yanan yaşayış kompleksində olan 13 nəfərin, o cümlədən iki azyaşlı uşaqdan xəbər yoxdur.
NTV xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu şəhər hakimiyyəti bildirib.
Ümumilikdə 4 nəfərin həlak olduğu bildirilib.
Bundan əlavə, 9 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 3 nəfərin vəziyyəti kritikdir.
İlkin məlumata görə, yanğın karaoke-barda başlayıb.
