satellite   Azerspace-1: 11135 H 30000

Rumıniya nəşri Azərbaycanla Misir münasibətləri barədə məqalə dərc edib

Rumıniya nəşri Azərbaycanla Misir münasibətləri barədə məqalə dərc edib

Rumıniyanın qabaqcıl “Stiripesurse” nəşri Azərbaycan ilə Misir arasında son dövrlər artan siyasi və iqtisadi dinamikandan bəhs edən məqalə dərc edib.

NTV  xəbər verir ki, yazıda münasibətlərin yeni strateji mərhələyə aparılmasından bəhs olunub..

Nəşrin məlumatına görə, Bakı və Qahirə arasında yüksək səviyyəli təmaslar intensivləşib, tərəflər enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı və müdafiə sənayesi kimi sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə edirlər. Qeyd olunub ki, Azərbaycan və Misir arasında ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayələrin təşviqi və yeni iqtisadi layihələrin reallaşdırılması hər iki tərəfin prioritetləri sırasındadır.

Rumıniya nəşri vurğulayıb ki, iki ölkə arasında əməkdaşlığın güclənməsi regional sabitlik, enerji təhlükəsizliyi və strateji tərəfdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. Misir və Azərbaycan, həmçinin tranzit imkanlarının birgə istifadəsi və Qlobal Cənub ölkələri arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində də ortaq fəaliyyətlərə maraq göstərirlər.

Vurğulanıb ki, Bakı–Qahirə xəttində artan dinamika gələcəkdə daha genişmiqyaslı siyasi və iqtisadi layihələr həyata keçirməyə zəmin yaradır. O da vurğulanıb ki, qarşıdakı aylarda əməkdaşlığın yeni mərhələsinə dair görüşlər planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM