satellite   Azerspace-1: 11135 H 30000

Yermak cəbhəyə gedəcəyini açıqlayıb

Yermak cəbhəyə gedəcəyini açıqlayıb

Ukrayna Prezident Administrasiyasının (PA) istefaya göndərilmiş rəhbəri Andrey Yermak qalmaqaldan sonra ilk dəfə jurnalistlər ilə əlaqə saxlayıb.

NTV xəbər verir ki, bu barədə "The New York Post" (NYP) məlumat yayıb.

Keçmiş məmur nəşrə emosional mesaj göndərib. O özünü dürüst və vicdanlı insan adlandıraraq istənilən repressiyaya hazır olduğunu bildirib.

"Məni alçaldıblar və ləyaqətim qorunmayıb. Buna görə də mən Ukrayna prezidenti Volodimir Zelenskiyə problem yaratmaq istəmirəm, cəbhəyə gedirəm", – deyə Yermak qeyd edib.

Keçmiş PA rəhbəri ön cəbhəyə nə vaxt və hansı statusda gedəcəyini açıqlamayıb. O həmçinin bundan sonra onunla əlaqə saxlamağın mümkün olmaması halında öncədən üzr istəyib.

Xatırladaq ki, ölkədə korrupsiya qalmaqalı fonunda Zelenski Yermakın Ukrayna Prezident Administrasiyasının rəhbəri vəzifəsindən istefa ərizəsini qəbul edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM